Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Dünyamızı və əhalimizi qoruyaq

0



  •         Bakı yenə
    dünya əhəmiyyətli Beynəlxalq Foruma ev sahibliyi etdi. 16 iyun 2022-ci il
    tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı və Nizami
    Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılılğı ilə “ Qlobal dünya nizamına təhdidlər
    “ mövzusunda IX Qlobal Bakı Forumu işə başladı. Forumda əllidən artıq ölkədən
    olan müxtəlif peşə sahibləri, sabiq və hazırki dövrdə öz ölkələrində aparıcı vəzifələrə
    sahib olan 400-ə qədər nümayəndə iştirak edirdi. Forumda əvvəlcə xatirə fotosu
    çəkdirildi. Sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail
    Serageldin IX Qlobal Bakı Forumunu açaraq Azərbaycan Respublikasının Prezidenti
    Cənab İlham Əliyevə söz verdi. Forumda qonaqları salamlayan İlham Əliyev onlara
    bu forumda iştiraklarına görə təşəkkürünü bildirdi. Dövlət başçımız bundan əvvəlki
    forumu indiki ilə müqayisə edərək ölkələrin nümayəndə heyətlərinin sayının
    artdığını qeyd etdi. Cənab Prezident gələcəkdə dünyanı bürüyəcək ərzaq
    böhranının qarşısının alınması üçün təsirli tədbirlərin görülməsində hər bir
    ölkənin rolunun vacibliyini vurğuladı. Netf-qaz ixrac edən ölkələrin yüksək
    qazanc əldə etdiyinə sevinməsini düşünənlər səhv edirlər. İstehsalçı və
    istehlakçı arasında sağlam inkişaf mühiti formalaşmalıdır. Beynəlxalq təşkilatlara
    gəldikdə isə ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi 28 ildən artıq bir dövrdə
    davam edən keçmiş Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsində heç bir
    rola malik olmadığını təsdiqlədi. Azərbaycan Beynəlxalq Qanunlara istinad edərək
    və öz Konstitusion hüquqlarından çıxış edərək 44 günlük əks-hücumla öz
    torpaqlarını işğaldan azad etdi. Azərbaycan ərazisində yaşayan erməni əsilli vətəndaşlar
    ölkə qanunlarına hörmət edərək vətəndaşlığı qəbul edib yaşaya bilər. Lakin Ermənistan
    hökuməti hələ də xam xəyallarla yaşayır. Artıq Dağlıq Qarabağ yoxdur və heç bir
    statusdan söhbət gedə bilməz. 10 noyabr 2020-ci il razılaşmasına əsasən Azərbaycan
    tərəfi erməni əhalinin Laçın vasitəsilə Xankəndi və ətraf ərazilərə gediş-gəlişinə
    şərait yaradır. Lakin Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana çıxışı
    Ermənistan tərəfindən hələ də əngəllənir. Bütün bunlara baxmayaraq Azərbaycan
    Beynəlxalq əhəmiyyətə malik olan və Qafqazın inkişafında böyük rol oynayan
    kommunikasiyaların işlənməsini Beynəlxalq Qanunlar çərçivəsində həll edəcək. Çıxışının
    sonunda dövlət başçısı Azərbaycanda yaxşı dincəlməyi onlara tövsiyə etdi. Çıxış
    edən qonaqlar ölkə paytaxtının əhəmiyyətli dərəcədə inkişaf etdiyini qeyd etdi.
    İyunun 19-da işğaldan azad edilmiş ərazilərə səfər edən forum iştirakçıları
    Füzuli Beynəlxalq hava limanına, oradan da dünyanın mədəniyyət paytaxtı Şuşaya
    səfər etdilər. Onlar erməni vandallığının nəticələri və Azərbaycan hökumətinin
    quruculuq işlərini gördülər. Azərbaycanın Üçrəngli bayrağının Xankəndində,
    Xocalıda, Ağdərədə dalğalanacağı və belə qonaqların oraya səfər edəcəkləri gün
    çox da uzaqda deyil. Xatirə HƏSƏNOVA, Xocalı rayonundan məcburi köçkün
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib44 dəfə
    Dünyamızı əhalimizi qoruyaq

    Maraqlı gələ bilər
    198